Şəhid Orxan İsmayılovun doğum günüdür - FOTO

Şəhid Orxan İsmayılovun doğum günüdür - FOTO

Hazırda oxunan: Şəhid Orxan İsmayılovun doğum günüdür - FOTO

38550

Bu gün Vətən Müharibəsi şəhidi Orxan Qədim oğlu İsmayılovun doğum günüdür. 

Orxanın 31 yaşı doğulduğu Qusarın Həsənqala  kəndində məzarı başında qeyd edilib. Şəhid Orxan İsmayılovun məzarını ziyarət edən ailə üzvləri, doğmaları və hərbçi dostları onu yad edərək şəhidlə bağlı xatirələrindən danışıblar. 

Orxan İsmayılov 2020-ci il oktyabr ayının 6-da müqəddəs saydığı vətən torpağı olan Füzuli rayonunun işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhid olub.
 

O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Orxan İsmayılovun özündən sonra iki övladı Vətənə əmanət qalıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO