Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir.
Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir.
Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.
Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:04 / 24.09.2021
Azərbaycanda 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı PAYLANDI - FOTO
Hazırda oxunan: Azərbaycanda 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı PAYLANDI - FOTO
Hazırda oxunan: Azərbaycanda 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı PAYLANDI - FOTO
38543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.