Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov qardaşı Maarif Mənsimov tərəfindən məhkəməyə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
''Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də!'' - Mübariz Mənsimov
Qardaşı Mənsimovu dələduzluqda ittiham edib. Maarif Mənsimov qardaşının “qəsdən dələduzluq”, “etibardan sui-istifadə etmə” və prokurorluğun müəyyən edəcəyi digər cinayətlərə görə mühakimə olunmasını tələb edib.
O, iş adamının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia edib.
Maarif Mənsimov şikayət ərizəsində qeyd edib ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını, bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub.
O, Beşiktaş Ulusda yaşadığı villanın təxminən 17 il əvvəl Mübariz Mənsimovdan aldığını, ancaq həmin vaxt Türkiyə vətəndaşı olmadığı üçün evini “Palmali” şirkəti üzərinə qeydiyyata saldığını, bir müddət sonra isə qardaşının evin onun adına keçirilməsini dəfələrlə ləngitdiyini bildirib.
Maarif Mənsimov, həmçinin, şikayət ərizəsində qardaşının davamlı olaraq insanlara dələduzluq etməsi, çirkli əlaqələr qurması, eyni gəmini üç fərqli adama satması səbəbindən onunla əlaqələri kəsdiyini bildirib.
Qardaşı iş adamınının “Sberbank”, Lukoil” kimi xarici şirkətlərin, o cümlədən yerli şirkətlərin zərərlə üzləşmələrinə səbəb olan saxtakarlıqlar etdiyini, Nuray N.P. ilə birlikdə saxta pul köçürmələri nəticəsində bir çox insana ziyan vurduqlarını iddia edib. Şikayət ərizəsində Mübariz Mənsimovun çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın əlaqələrindən bəhs edilir.
Bizim.Media