Əməliyyat keçirildi - 13 NƏFƏR SAXLANILDI - VİDEO

Əməliyyat keçirildi - 13 NƏFƏR SAXLANILDI - VİDEO

Hazırda oxunan: Əməliyyat keçirildi - 13 NƏFƏR SAXLANILDI - VİDEO

38433

Paytaxtda və rayonlarda növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 13 nəfəri saxlanıb. Onlardan 27 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkar edilib.  

Bizim.Media xabər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məlumat əsasında Astara rayonu ərazisində əvvəllər məhkum olunan Aqil Həbibovu şübhəli kimi tutub.  

Rüfət Əliyev və əvvəllər məhkum olunan Ülvi İsmayılovu isə Paytaxtın Yasamal rayonunda saxlanıblar.  

Paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanıblar. 

Araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.  

Xəzər və Binəqədi rayonlarında həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanıb.

Astara, eləcə də Yevlax rayonlarında digər bir əməliyyatlar zamanı narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanıblar.  

Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.

Faktlarla bağlı müvafiq maddələr ilə cinayət işləri başlanıb.Sonuncu əməliyyatlar zamanı ümumilikdə 27 kiloqrama yaxın narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu dövriyyədən çıxarılıb.  

Bu arada  Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanıb.

Faktlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.            

Bizim.Media ətraflı videomaterialı təqdim edir:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO