Şəhid Elşən Musayevin övladı şagird oldu – “Atam kimi hərbçi olacam” - FOTO

Şəhid Elşən Musayevin övladı şagird oldu – “Atam kimi hərbçi olacam” - FOTO

Hazırda oxunan: Şəhid Elşən Musayevin övladı şagird oldu – “Atam kimi hərbçi olacam” - FOTO

38380

Zəngilanın azadlığı uğrunda şəhid olan Elşən Musayevin övladı Hüseyn birinci sinifə qədəm qoyub.

Hüseyn Musayev Abşeron rayonunun Perekeşkül qəsəbəsinin tam orta məktəbində təhsil alacaq. 

Hüseynin arzusu atası kimi vətənpərvər, igid bir hərbçi olmaqdır. O, çox sayda Azərbaycan, Vətən barəsində şerləri əzbər bildiyini deyir. 

Dərslər bitdikdən sonra isə o, bacısı Ayşən ilə məktəb haqqında ilk təəssüratlarını atası ilə bölüşmək üçün Fəxri Xiyabana tələsirdi. 

Xatırladaq ki, oktyabrın 7-si Elşən Musayev 40 nəfərdən ibarət dəstəsi ilə Füzulinin Qorqan ərazisində mühasirəyə düşüb.

Bir neçə gün mühasirədə qalan Elşən Musayev Zəngilanın azadlığı uğrunda şəhid olub. 23 gün meyiti neytral ərazidə qaldıqdan sonra, ailəsinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO