Azərbaycanın bu rayonlarını su basdı, əraziyə helikopter cəlb edildi

Azərbaycanın bu rayonlarını su basdı, əraziyə helikopter cəlb edildi

Hazırda oxunan: Azərbaycanın bu rayonlarını su basdı, əraziyə helikopter cəlb edildi

38351

Sentyabrın 23-u gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. 

FHN tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyu sel basdı - FOTO


Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub. 
Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO