“Bolt”un sürücüləri baykota hazırlaşır – ÖZƏL

“Bolt”un sürücüləri baykota hazırlaşır – ÖZƏL

Hazırda oxunan: “Bolt”un sürücüləri baykota hazırlaşır – ÖZƏL

38312

Azərbaycanda hər il taksi xidmətinin qiymətləri ilə bağlı müxtəlif narazılıqlar olur. Bəzən müştərilər, hərdən də sürücülər tariflərdən gileylənirlər. 

Bizim.Media-nın “Bolt”da qeydiyyatdan keçmiş taksi sürücülərindən aldığı özəl informasiyaya görə, baykot sentyabrın 25-nə planlaşdırılıb.

Belə ki, taksi sürücüləri həmin tarixdə sifariş sistemini söndürəcək və onlardan bir qrupu da Bakının Ağ şəhər istiqamətində etiraz üçün toplaşacaqlar.

Sürücülər “Bolt”dan tələb edir ki, taksi xidmətlərində onlara ödənilən faizdə artım olsun. Çünki bəzən məsafə düzgün nəzərə alınmır və hər yana 2 manata sürmək sərf etmir.
 

MÖVZU İLƏ BAĞLI:

“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI


Məlumat üçün qeyd edək ki, azərbaycanlı taksi sürücülərinin şikayətinə səbəb “Bolt” şirkətinin səfərlərə görə aşağı qiymətlər təyin etməsidir. Yəni, “Bolt”un işçiləri xidmətin onlara yaratdığı qazanc şəraitindən narazılıq edir. 

Şirkət barədə az məlumatı olanların diqqətinə çatdıraq ki, “Bolt” şirkəti “Taxify” adı ilə 2013-cü ildə tələbə Markus Villinq tərəfindən yaradılıb. Əsas məqsəd Tallin və Riqadakı taksi sürücülərini bir platformada birləşdirmək olub.

2017-ci ildə şirkət Londonda da fəaliyyətə start verib. 2018-ci ildə şirkətin “Taxify” adı “Bolt” olaraq dəyiıdirilib. 2019-cu ildə Paris və Lissabon da “Bolt”a qoşulub. Azərbaycanda da fəaliyyət göstərən şirkət qida çatdırılması ilə də məşğuldur.

Hazırkı sürücü etirazlarını araşdıranda aydın olur ki, “Bolt”un da tutduğu faizlərlə sürücülərə ya qəpik-quruş, ya da heç nə qalmır.
 

Əlbəttə ki, sərnişinlərin də xərcləri nəzərə alınmalıdır, çünki hamı varlı təbəqəyə aid deyil. Amma pandemiya vəziyyətinin yaratdığı məhdudiyyətləri, avtobus basabasları və tıxacları nəzərə alsaq, hamı taksi xidmətlərindən yararlanmağa məcburdur.


Xatırladaq ki, ötən il BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayev də oxşar mövzuya görə işdən çıxarılıb. Çünki o, efirlərin birində taksi tariflərinin artırılması ilə bağlı demişdi ki, “Kasıblar üçün avtobus var. Taksi imkanlılar üçündür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO