Azərbaycanda distant təhsil tələbi ləğv edildi - QƏRAR

Azərbaycanda distant təhsil tələbi ləğv edildi - QƏRAR

Hazırda oxunan: Azərbaycanda distant təhsil tələbi ləğv edildi - QƏRAR

0:00
0:00
38231

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişikliklərlə bağlı Qərara verdiyi izahda bildirilir.

Qeyd edilir ki, Qərara əsasən;

Distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyyən edilir;

Təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir; 

Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilir; 

Dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilir; 

Dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilir; 

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb müəyyən edilir (digər qərarlarda müəyyən olunub). Bu tələbin təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmədiyi qeyd edilir; 

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir. (digər qərarlarda müəyyən olunub); 

65 yaşdan yuxarı olan təhsilverənlərin və texniki heyətin işə cəlb edilməsinə qoyulan qadağa aradan qaldırılır; 

Dərslərarası fasilələr üçün müəyyən edilmiş 10 dəqiqəlik müddət ləğv edilir; 

Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir; 

Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir;

Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin), idman və akt zallarının, kitabxana və hovuzun fəaliyyətinə qoyulan qadağa ləğv edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO