Elçin Quliyevin 54 yaşı tamam oldu

Elçin Quliyevin 54 yaşı tamam oldu

Hazırda oxunan: Elçin Quliyevin 54 yaşı tamam oldu

38193

Bu gün sentyabrın 22-də general -polkovnik Elçin Quliyevin doğum günüdür. 54 yaşını qeyd edən Elçin Quliyev Sumqayıtda dünyaya göz açıb. 

O, 27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək milli təhlükəsizlik nazirinin (Keçmiş MTN) müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edilib və 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.

Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. E.Quliyevə Prezidentin 15 avqust 2001-ci il tarixli fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

2020-ci il avqustun 16-da ölkə başçısının imzaladığı sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Quliyev Elçin İsağa oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, E.Quliyev 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var..

Xatırladaq ki, Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev  tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan  döyüş tapşırıqları general-polkovnik E.Quliyevin rəhbərliyi altında uğurla icra olunub.  

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin xüsusi yeri olub. 

Biz də öz redaksiyamız adından Elçin müəllimi doğum günü münasibətilə təbrik edirik. Xidmətində uğurlar, daha böyük nəaliyyətlər arzulayırıq. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO