Yol polisi ilk dərs günü BUNU DA ETDİ - FOTO-VİDEO

Yol polisi ilk dərs günü BUNU DA ETDİ - FOTO-VİDEO

Hazırda oxunan: Yol polisi ilk dərs günü BUNU DA ETDİ - FOTO-VİDEO

38151

Bakı Şəhər Dövlət Yol Polisi daha bir yeniliyə imza atıb. Qurum yeni tədris ilinin ilk günü ümumi istifadəki yollara yaxın və bitişik olan məktəblərdə görüş keçirib. Təbliğat üzrə baş inspektorlar, polis leytenantı Pərvanə Muradova və Rüstəm Əhmədli giriş-çıxış hissələrdə azyaşlıların təhlükəsizliyinin qorunması ilə bağlı əvvəlcədən hazırlanmış təbliğat xarakterli plakatlar yerləşdiriblər. Həmçinin müəllim və valdeyn kollektivi ilə də görüş keçirilərək, azyaşlı uşaqların yaddaşında qalması üçün yol hərəkəti qaydalarına dair informasiyalar verilib.

Bizim.Media-ya bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda əyani tədrisin bərpa olunduğu məktəblərin sayı AÇIQLANDI 


Onun sözlərinə görə məqsəd sentyabrın 20-dən oktyabrın 20-dək ölkə ərazisində, o cümlədən paytaxtda profilaktiki tədbirləri gücləndirmək, maarifləndirmə işini səmərəli təşkil etmək və təhlükəsizliyi təmin etməkdir.

Qurum rəsmisi bildirib ki, yol-nəqliyyat hadisələrini təhlil edəndə azyaşlı uşaqların da bu olaylarda olması təssüf doğurur:

“Hesab edirik ki, onların da yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının olması hər birimizidən asılıdır. Məktəbdə müəllimlər, evlərdə valideynlər, küçə və yollarda isə biz böyüklərin üzərinə ciddi məsuliyyət düşür”.

Alçina Amilqızı, Bizim.Media  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO