Təhsil naziri Gəncə STEAM Mərkəzində oldu - FOTO

Təhsil naziri Gəncə STEAM Mərkəzində oldu - FOTO

Hazırda oxunan: Təhsil naziri Gəncə STEAM Mərkəzində oldu - FOTO

38130

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində STEAM Mərkəzi yaradılıb.  

Bizim.Media xəbər verir ki, mərkəzin açılışında Təhsil naziri Emin Əmrullayev də iştirak edib. 

Ümumi ərazisi 750 m2 olan Gəncə STEAM Mərkəzində təhsilalanların Robotics, Art, Science, STEAM Kids, CNC və 3D çap, Mexatronika, Pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var.  

Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub.

Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO