“Dəmir yumruq” abidəsinin açılışı OLDU - FOTO

“Dəmir yumruq” abidəsinin açılışı OLDU - FOTO

Hazırda oxunan: “Dəmir yumruq” abidəsinin açılışı OLDU - FOTO

0:00
0:00
38056

“İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir yumruq” abidəsinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” abidəsinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
 

MÖVZU İLƏ BAĞLI:

Hadrutda “Dəmir yumruq” abidəsi ucaldıldı - FOTO


E.Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub. Azərbaycan Respublikasının işğal edilən ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edib, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, böyük Zəfərdən ilham alaraq “Dəmir yumruq” abidəsini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış abidənin alt hissəsində “Qarabağ Azərbaycandır!” şüarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.

"Dəmir yumruq" həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.

Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO