Əli Həsənov insan haqlarının durumundan danışacaq

Əli Həsənov insan haqlarının durumundan danışacaq

Hazırda oxunan: Əli Həsənov insan haqlarının durumundan danışacaq

38047

 Moderator.az xəbər verir ki, sabah “Park İnn” otelində Beynəlxalq İnsan Haqları günü münasibətilə tədbir keçiriləcək. Tədbir təşkilatçılarının saytımıza göndərdiyi dəvətnaməni oxucuların, xüsusən də bu sahəylə yaxından-uzaqdan əlaqəsi olan həmkarlarımızın  diqqətinə çatdırırmağı özümüzə borc bildik:

“Sizi 11 Dekabr, saat 10:00-dan 13:00-dək “Park Inn” otelinin “Dan Ulduzu” zalında Beynəlxalq İnsan Haqları gününü qeyd etmək münasibətilə İnternational Media Support (Beynəlxalq Mediaya Dəstək) və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən təşkil edilən “Azərbaycanda İnsan Hüquqları Forumu” adlı beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.

Tədbirdə açılış nitqi ilə Beynəlxalq Mediaya Dəstək Təşkilatının Azərbaycan üzrə Proqram Meneceri Gülnarə Axundova, Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Irfan Siddiq və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dereck Hogan çıxış edəcək. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muzniksın video çıxışı olacaq. Eyni zamanda açılışda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, Əli Həsənovun da çıxışı gözlənilir.

Suallarınız, rəyləriniz və təkliflərinizi [email protected] elektron poçtuna yazmaqla və yaxud (012) 408-75-30, (050) 508-78-87 telefon nömrəsi vasitəsilə bildirə bilərsiniz. Dəvətimizə 09 dekabr 2013-cü il, iş gününün sonuna qədər cavab verməyinizi xahiş edirik.

Bu əhəmiyyətli konfransda sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO