İlham Əliyev daha bir məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış oldu - FOTO 

İlham Əliyev daha bir məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış oldu - FOTO 

Hazırda oxunan: İlham Əliyev daha bir məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış oldu - FOTO 

37960

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident 71 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTO 


Bildirilib ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də əsaslı təmir edilib və burada yeni korpus tikilib. 

2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. 

Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb. 

Qeyd edək ki, həm 71 saylı, həm də 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işləri dövlətimizin başçısının “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO