Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Hazırda oxunan: Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

37919

 

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır.

 

Bunu Ermənistan müdafiə naziri Viqen Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

 

O, Azərbaycana silah satılmasına pis baxdığını bildirib.

 

Ermənistan-Rusiya əməkdaşlığına toxunan nazir Rusiyadan silahı bu ölkənin daxili bazar qiymətləri əsasında aldıqlarını bildirib, Rusiya bazarının İrəvan üçün vacib olduğunu deyib.

 

Qeyd edək ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah yaxın vaxtlarda cəbhə zonasına göndəriləcək. Bu silah Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərini vurmaq üçün döyüş və manevr imkanlarını artıracaq.

 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO