Hikmət Hacıyev Ağdamda

Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı - VİDEO

3788

Bu gün Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub.

Bizim.Media xəbər verir ki, klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar.

Oyun iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. O topa ilk toxunuşu etdikdən sonra "Qarabağ"la birgə futbol oynayıb.

Stadionda komandanın qazandığı çempionluq kuboku da nümayiş etdirilib. Səfərə klubun vitse-prezidenti Tahir Gözəl də qatılıb.

Qeyd edək ki, "Qarabağ" Ağdam səfəri zamanı həmçinin Milli Qəhrəman və komandanın mərhum baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib və Cümə məscidində namaz qılıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO