“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salındı - FOTO

“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salındı - FOTO

Hazırda oxunan: “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salındı - FOTO

37803

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. 

Bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

20 sentyabr “Neftçilər Günü”ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əlaçı tələbələri iştirak ediblər. 

R.Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin ötən il yanvarın 15-də imzaladığı sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib.  
 

Bu, ASCO-nun sifarişi ilə BGZ-də inşa olunan sayca 3-cü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək, təhvil verilib. 


Ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub.  

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO