Azad olunan ərazilərdə daha 148 mina AŞKARLANDI 

Azad olunan ərazilərdə daha 148 mina AŞKARLANDI 

Hazırda oxunan: Azad olunan ərazilərdə daha 148 mina AŞKARLANDI 

37793

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. 

Sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb. 

Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO