“Tərtər işi”nin “Qurban”ından ərizə DAVASI – Sensasion SƏSYAZI - ÖZƏL

“Tərtər işi”nin “Qurban”ından ərizə DAVASI – Sensasion SƏSYAZI - ÖZƏL

Hazırda oxunan: “Tərtər işi”nin “Qurban”ından ərizə DAVASI – Sensasion SƏSYAZI - ÖZƏL

37780

Uzun müddətdir gündəmi zəbt edən “Tərtər işi” ilə bağlı yeni ilginc faktlar ortaya çıxıb. Cinayət işinə son verilən bu məsələnin arxasında növbəti dəfə məqsədli kampaniya başladılıb. Fedai.az Araşdırma Qrupu “Tərtər işi” ilə bağlı sensassion məlumatları üzə çıxarıb. 

Məlum olub ki, ölkədən kənarda yaşayan bəzi blogerlər “Tərtər işi” üzərindən manipulyasiya edərək dövlətimizin imicinə xələl gətirən növbəti qarayaxmalara başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL


Azərbaycan insanının faciələri üzərindən öz təbliğatını qurmuş Qurban Məmmədov əlaltıları vasitəsilə “Tərtər işi” ilə bağlı şikayətçi “ov”una çıxıb.

Bu azmış kimi Qurban Məmmədov təşkil edilən yeni kampaniya müəllifinin özü olduğunu etiraf edib və ehtiyatını tutmadan ifşaedici səsyazılarını Araşdırma Qrupuna sızdıra bilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI


Fedai.az isə öz növbəsində sözügedən cinayət işinin Hərbi Prokurorluq tərəfindən zaman-zaman araşdırıldığını, müraciətlər əsasında baxıldığını və təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu xatırladıb. Hansı ki, həmin şəxslər barəsində olan işlər aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib və hər biri üzrə çıxarılan ittiham hökmləri qanuni qüvvəyə minib.

Qeyd olunub ki, hüququnun pozulduğunu hesab edən istənilən şəxs Qurban Məmmədova deyil, cavabdeh qurumlara müraciət edə bilər: 
 

“Bu gün proseslər zamanı qanunsuzluqla üzləşmiş insanların təbii hisslərini və tələblərini manipulyasiya edən dələduz Qurban və onun əlaltıları bu insanların dərdlərindən, ağrı acılarından öz pozuculuq fəaliyyəti kimi istifadə etməyə can atırlar.


Amma hayla gələnlərin, vayla getdiyini hər kəs görüb. Elə Qurban Məmmədov da belələrinin başında gəlir. Onun millət davası, Vətən və vətəndaş hüququ davası yoxdur, bir vaxtlar 50-ni 500 elədiyi kimi, indi də milyonu 5 milyon eləməyə girişib”, - deyə Araşdırma Qrupunun Bizim.Media-ya təqdim etdiyi məlumatda qeyd olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO