Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.
Bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.
Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq Nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 28.11.2020
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
Hazırda oxunan: DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
Hazırda oxunan: DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
3770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.