Məhdud infrastrukturlu yaşayış massivlərində telefon çəkilişi ilə bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyi əhaliyə müraciət edib.
Bizim.Media-nın sorğusuna cavab olaraq müraciətdə bildirilir ki, texniki imkan olduğu halda bütün müraciətçilərin telefon çəkilişi ilə bağlı istəyi yerinə yetirilir. Vətəndaş bu problemlə əlaqədar olaraq rabitə xidmətləri mərkəzlərinə rəsmi şəkildə müraciət etməlidir.
Eyni zamanda vətandaş “Şəbəkə” xidməti mərkəzlərində yerləşən “Baktelecom” bölməsinə də yaxınlaşa bilər.
Məlumatda qeyd edilib ki, müraciətlərin əsasında ünvana texniki baxış keçirilir və ərazidə tətbiq olunan mövcud texnologiyalar əsasında xidmətin mümkünlüyü müəyyənləşdirilir.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 28.11.2020
Telefon çəkilişi problemi ilə üzləşən vətəndaşlarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Telefon çəkilişi problemi ilə üzləşən vətəndaşlarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Telefon çəkilişi problemi ilə üzləşən vətəndaşlarla bağlı AÇIQLAMA
3762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.