Qubada şəhidin adına xatirə bulağı AÇILDI - FOTO

Qubada şəhidin adına xatirə bulağı AÇILDI - FOTO

Hazırda oxunan: Qubada şəhidin adına xatirə bulağı AÇILDI - FOTO

37566

Qubanın Alpan kəndində Vətən Müharibəsi şəhidi Orxan Vidadi oğlu Balayevin ad günü qeyd olunub. 

Bizim.Media xəbər verir ki, Qubanın Alpan kəndində şəhidin adına xatirə bulağının açılışı olub.

Atasının maliyyə dəstəyilə inşa olunmuş bulağın açılışında əvvəlcə şəhid Orxan Balayevin məzarı ziyarət edilib, onun qəbrinə tər güllər qoyulub. 

Mərasimdə şəhidin ailə üzvləri, sakinlər, hərbçi dostları, şəhid ailələri və Quba İH -nin nümayəndələri iştirak edib.
 

Tədbirdə şəhid Orxan Balayevin Suqovuşan və Talış uğrunda gedən döyüşlərdə qəhrəmanlığı və 2020-ci il oktyabr ayının 8-də Suqovuşanda şəhid olduğu vurğulanıb.


Alpan kəndinin Vətən Müharibəsində verdiyi 3 şəhiddən biri olan gizir Orxan Balayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO