Havalar soyuduqca balıq məhsullarına tələbat artır. Lakin bu gün bazar və marketlərdə təklif olunan balıqların heç də hamısı dadlı və keyfiyyətli deyil. Xüsusilə nohurlarda yetişdirilən balıqlara maraq çox azdır. Çünki nohurlarda balıqlar xüsusi qaydada yetişdirilir. Verilən qidalar isə balıqların tez böyüməsinə və daha çox çəki almasına səbəb olur.
Belə balıqlar yağlı olduqları üçün çox adam ondan imtina edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, balıqlar üçün xüsusi yemlər var:
“Əvvəllər balıq yemləri əsasən idxal olunurdu. Amma son zamanlar daha çox yerli yemlərdən istifadə olunur. Bir müddət əvvəl bizə müraciət daxil olmuşdu ki, Sabirabad rayonu ərazisindəki balıq nohurlarına insan nəcisləri axıdılır. Biz bu məsələni ictimailəşdirdik və rəsmi qurumlar bu iddianı təkzib etdi. Balıqçıların mənə verdiyi məlumata görə, bəzi balıq nohurlarında yem kimi toyuq fermalarından çıxan peyindən istifadə edilir. Çünki həmin peyinə su dəydikdə qurdlayır və balıqlar da həmin qurdlarla qidalanır. Bu iddia isə rəsmi şəkildə təkzib olunmayıb”.
Müsahibimiz qeyd edib ki, balıq nohurları qaydalara görə ildə bir dəfə qurudulmalı, daha sonra ərazi şumlanmalıdır:
“Bir il ərzində həmin ərazidə taxıl bitkiləri yetişdirilməlidir ki, gələcəkdə yerə tökülmüş taxıl balıqlar üçün faydalı qida məhsulu olsun. Lakin balıqlar bir qayda olaraq süni yemlə qidalanır. Bu da balıqların tez böyüməsinə səbəb olur. Eyni zamanda, nohurlarda balıqlara müxtəlif baytarlıq dərmanları verilir. Mən bu səbəbdən hər zaman deyirəm ki, baytar əli çatmayan yerlərdə yetişmiş balıqları alın. Çünki belə balıqlar daha sağlam və dadlı olur”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 09.10.2025
Süni göllərdə yetişdirilən balıqlarla bağlı SENSASİON İDDİA
Hazırda oxunan: Süni göllərdə yetişdirilən balıqlarla bağlı SENSASİON İDDİA
Hazırda oxunan: Süni göllərdə yetişdirilən balıqlarla bağlı SENSASİON İDDİA
374585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.