Bakıda BYD ilə "avtoş"luq edən HƏBS OLUNDU

Bakıda BYD ilə "avtoş"luq edən HƏBS OLUNDU

Hazırda oxunan: Bakıda BYD ilə "avtoş"luq edən HƏBS OLUNDU

374544

Bakıda avtoxuliqan həbs olunub.

Bu barədə Bizim.Media-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 

Qeyd olunub ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Vəzirov DYP əməkdaşları tərəfindən saxlanılıb.


Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO