Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 8 oktyabr şəhidlərini təqdim edir:
Fizuli Əliyev
27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini 8-ci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlayıb. Uzun müddət Murov dağında xidmət edib. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirib.
Hərbi xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" , "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" , II və III dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Fizuli Əliyev də iştirak edib.
O, 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığınını yerinə yetirən zaman şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə ilə təltif edilib.
İlkin Ağakişiyev
1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Nurlan Qaracayev
1999-cu il mayın 10-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2005-2016-cı illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Nurlan Qaracayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qaracayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Nurlan Qaracayev Oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Qaracayev ölümündən sonra "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Əzəmi Hüseynov
1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb.
Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rasim Əmrahov
1988-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub.
2006-cı il ilin oktyabr ayının 16-da hərbi xidmətə çağırılıb və həqiqi hərbi xidmətini 2008 ildə başa vurub. 2014 cu ildən MAXE əsgər olaraq 708 saylı hərbi hissəsədə xidmətə başlayıb, tapşırıqları vaxtında yerinə yetirdiyinə, fəaliyyətində fərqləndiyinə və göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilib.
O, 27 sentyabr 2020 ci il tarixində torpaqlarımızın azadlığı uğrunda başlanmış Vətən müharibəsində bütün əsgər və zabitlərimiz kimi iştirak edib və 2020 ci ilin oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rasim Əmrahov İmran oğlu ölümündən sonra «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.
Şamo Kərimov
17 dekabr 1987-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olub. O, ibtidai təhsilini Cəlilabad rayonu orta məktəbdə alıb. 2012-ci ildə Şamo həqiqi hərbi xidmətə yollanıb. Şamo Kərimov 2016-cı ildə ailə həyatı qurub və iki övladı dünyaya gəlib. Qubadlı istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində 8 oktyabr tarixində şəhid olub.
Döyüşlər zamanı göstərdikləri igidliklərə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Tapdıq Ağayev
1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb.
Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Tapdıq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Tüntül kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
İsmayıl Hüseynov
18 iyun 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı şəhər Səbail rayon şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə təhsil alıb.
İsmayıl Hüseynov 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İsmayıl Hüseynov 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 9 oktyabr 2020-ci ildə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İsmayıl Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Cavid Bayramov
1997-ci il, iyunun 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 93 N-li məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olunub.
Vətən Müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Cavid Bayramov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub
Cavid Bayramov Füzuli və Cəbrayıl uğurunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Onu bu qəhrəmanlıqlarına görə, dövlət başçısı ölümündən sonra ''Vətən uğurunda'' və ''Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif edib.
Elnur Abbaslı
1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib. Onun 2 övladı yadigar qaldı.
Naibə Məmmədova, Bizim.Media