Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil VERİLDİ – FOTO

Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil VERİLDİ – FOTO

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil VERİLDİ – FOTO

374518

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim olunub.

Bizim.Media xəbər verir ki, mənzillər Bakının Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksində yerləşir. 

Mənzillərin sənədlərinin təqdimat mərasimi 4 saylı DOST Mərkəzində keçirilib.
 

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.


Vüsal Nəsirlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədən sonra dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Postmüharibə dövründə bu kateqoriyadan olan vətəndaşlara 6900, ümumilikdə isə ötən illər ərzində 16 minədək mənzil və fərdi ev təqdim olunub.
 

Tədbirdə, həmçinin şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi, reabilitasiya və məşğulluq xidmətləri, eləcə də sosial dəstək proqramlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.


Yeni mənzillərlə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.














Aygün Hüseyn, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO