Aparıcı-prodüser Tarix Əliyevlə vəkil Şəfiqə Nağıyeva arasında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, onlar “Təsir dairəsi” verilişində sərt mübahisə ediblər.
Belə ki, Toliklə Nağıyevanın efirə müraciət edən cütlüyə görə sözləri çəp gəlib.
Ş.Nağıyeva onların boşanmalarını məsləhət görsə də, Tolik cütlüyü barışdırmaq istəyib.
Bu zaman iki məşhur sima arasında mübahisə başlayıb. Tolikin studiyadakı xanım “Şəfiqə xanım İlhamə Quliyeva üçün 50 min ala bilmədi. Sənin üçün alacaq?” deməsi vəziyyəti daha da gərginləşdirib.
Danışıqların çox hissəsi efirə verilməyib.
Bizim.Media