Tikanlı kənd məktəbində birinci və ikincilərə bir otaqda dərs KEÇİLİR – İki fərqli sinif niyə BİRLƏŞDİRİLİB? – FOTO

Tikanlı kənd məktəbində birinci və ikincilərə bir otaqda dərs KEÇİLİR – İki fərqli sinif niyə BİRLƏŞDİRİLİB? – FOTO

Hazırda oxunan: Tikanlı kənd məktəbində birinci və ikincilərə bir otaqda dərs KEÇİLİR – İki fərqli sinif niyə BİRLƏŞDİRİLİB? – FOTO

374501

Qəbələnin Tikanlı kənd məktəbində ibtidai siniflərin, daha doğrusu birinci və ikinci siniflərin birləşdirilməsi valideynlərin ciddi narahatlığına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 250 yerlik təhsil ocağında birinci və ikinci siniflər bir otaqda dərs keçirlər. Dərsin birinci yarısında birincilər, ikinci yarsında isə ikincilər dərs öyrənir.



Hazırda sözügedən hər sinifdə 9 şagird var və Nazirlər Kabinetinin qərarına əsasən siniflərdə optimallaşdırma aparılıb, siniflər birləşdirilib.

Tikanlı kənd sakinləri bildirir ki, qərarın icrası belə davam edəcəksə, qarşıdakı illərdə kənddəki gənc ailələrin əksəri övladlarına təhsil vermək məqsədi ilə başqa yerlərə köç etmək məcburiyyətində qalacaq. Sakinlər məsələ ilə bağlı bütün dövlət orqanlarına rəsmən müraciət ünvanlamaq haqda qərara gəlib.


 

Kənd sakini Cəsarət Lətifov siniflərin birləşdirilməsini ev inşasında bünövrənin möhkəm yaxud zəif qoyulması ilə müqayisə edir. O, bildirir ki, övladı birinci sinifdə təhsil alır və cəmi 22-25 dəqiqəyə uşağın nəyisə qavraması absuddur. O da nəzərə alınmalıdır ki, bu vaxt sinifdəki digər uşaqların hamısına şamil edilir. Sakin kənd məktəbində savadlı, bacarıqlı müəllim kadr potensialının olduğunu, lakin bu addımla onlara seçim yolu buraxılmadığını deyir.   


“250 nəfərlik məktəbimizdə uşaqlar azalıb. Vaxt vardı bir sinifdən 2 ya 3 olardı. Bu günsə ibtidailərdə 9 şagird var. Bilirsiniz ki, dərs yükü olduqca çətin və ağırdır. O səbəbdən siniflərin birləşdirilməsi gələcəkdə ciddi fəsadlara yol açacaq. Şəxsən mənim elə maddi imkanım yoxdur ki, uşağı şəhərə aparıb daha yaxşı məktəblərdə təhsil verəm”, - deyə kənd sakini Fariz Kərimov qeyd edib. O, müvafiq qurumlardan məsələyə ciddi yanaşmalarını xahiş edir.



Sakin sözlərinə onu da əlavə edir ki, əgər belə getsə qarşıdakı illərdə gənc ailələr kəndi tərk edəcək.
 

Kənd sakini Fazil Süleymanovun nəvələri birləşdirilən siniflərdə təhsil alır. O, bildirir ki, dərs ili başlayandan uşaqların qarşılaşdığı problem günü-gündən hiss olunur, uşaqlar dərsləri qavramaq əvəzinə mənfiyə gedir. 


“Bu siniflərin birləşdirilməsi uşaqların təhsilinə mənfi təsir edəcək. Bunun izaha ehtiyacı yoxdur. Bu aksyomadır. Məsələnin, bu qərarın bu cürə qoyulmasına bir valideyn olaraq narahatçılığımızı bildiririk. Təhsilə qoyulan pul kapitaldır. Bu nə vaxtsa bəhrəsini verir. Təhsildən qənaət olmaz“.  

Sakinləri narahat edən məsələ ilə əlaqədar Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirildi ki, Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı 10 nəfərdən az olduqda həmin siniflərin komplekt qaydada təşkili nəzərdə tutulur. Qərara uyğun olaraq, komplekt siniflərdə şagirdlərin ümumi sayı 18 nəfəri keçməməlidir. Hazırda Tikanlı kənd tam orta məktəbinin I sinfində 9, II sinfində isə 9 nəfər şagird təhsil alır. Bu səbəbdən qeyd olunan normativ tələblərə uyğun olaraq I və II siniflər komplekt qaydada təşkil edilib.



Qeyd etdiyimiz kimi bu mövzü sosial şəbəklərdə geniş müzakirəyə səbəb olub. Tək Qəbələ rayonunda deyil, ölkəmizin müxtəlif bölgələrində ibtidai siniflərin birləşdirilməsi halları müşahidə edilir. Bu isə təhsilin ilkin bazasında şagirdlərin həm psixologiyasına həm də dərslərdə geriləməsinə səbəb olur. Bu mənada mövzunu diqqətdə saxlayacağıq. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO