Azərbaycanı SU QITLIĞI gözləyir – SƏBƏB NƏDİR?

Azərbaycanı SU QITLIĞI gözləyir – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Azərbaycanı SU QITLIĞI gözləyir – SƏBƏB NƏDİR?

37409

Quraqlıq dünyanın bir çox ölkələri kimi Azərbaycanı da təhdid edən real təhlükədir. 
İki ildir ki, ölkəmizin əsas su mənbələrindən olan Kür çayının suyunun azalması və bu səbəbdən də Xəzər dənizinin suyunun çaya qarışması səbəbindən çayətrafı rayonlarda ciddi su qıtlığı yaşanır. Quraqlıqdan sakinlər əziyyət çəkir, kənd təsərrüfatına ciddi ziyan dəyir. 

Bəs, Azərbaycanın su ehtiyatlarının səviyyəsi necə qiymətləndirilir? 

Bizim.Media-nın araşdırmasına görə, Azərbaycanın Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB


Eksertlər bildirirlər ki, Cənubi Qafqaz ölkələri arasında adambaşına düşən su payına görə, ölkəmiz sonuncu yeri tutur. Azərbaycanın su ehtiyatları bütöv regiondakı ehtiyatların yalnız 15 faizini təşkil edir. 

Belə ki, Cənubi Qafqazın su ehtiyatı 310 milyard kubmetr kimi qiymətləndirilir. Su ehtiyatlarımızın təxminən 30 faizi daxili sulardan formalaşır. Qalan hissəsinin təminatçısı isə transsərhəd çaylardır ki, burada da Kür və Araz çayları böyük rol oynayır.

AMEA Coğrafiya İnstitunun aqrar fəlsəfə üzrə doktoru Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda su qıtlığına səbəb olan faktorlardan biri də su anbarları ilə bağlıdır: 

“Kür və Araz çaylarının suyu bir neçə su anbarına doldurulur, orda buxarlanır. Su anbarlarını su ehtiyatlarını nizamlamaq üçün tikiblər, ancaq enerji almaq məqsədilə istifadə edirik. Nəticədə də hər yer quraqlıqdır. Ona görə də enerjini başqa mənbələrdən alınması üstündə düşünməliyik. Bu istiqamətdə təcili araşdırmalar aparılmalı, alternativ mənbələr öyrənilməlidir”.

Ənvər Əliyev bildirib ki, eləcə suya qənaət üçün suvarma sistemləri, suvarma texnologiyalarının dəyişdirilməsi zəruridir.

Fəlsəfə doktoru quraqlığın iqlim dəyişiklikləri ilə əlaqələndirilməsini doğru hesab etmir: 

“Planetə düşən yağıntı ilə buxarlanan yağıntı balansı arasında dəyişiklik yoxdur. Min il necə idisə, indi də eyni qalıb. Əgər ölkələr təbiəti özündən asılı vəziyyətə salıbsa, bu təbətin günahı deyil”. 

Qeyd edək ki, BMT-nin hesabatına görə, su qıtlığı səbəbindən səhralaşma, torpaqların deqradasiyası və quraqlıq dünyanın 4 milyard hektar ərazisini, 168 ölkədə yaşayan 1,5 milyard əhalini birbaşa təhdid edir. 


Məlumata görə, su çatışmazlığından hər il 12 milyon hektar əkin sahəsinə ziyan dəyir və bu da növbəti on il ərzində kənd təsərrüfatında 2 faiz azalmaya səbəb olacaq. Heç bir tədbir görülməzsə, növbəti 30 ildə 200 milyondan çox insan köçkün vəziyyətinə düşəcək.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO