DYP-dən həftə sonu ilə bağlı növbəti XƏBƏRDARLIQ 

DYP-dən həftə sonu ilə bağlı növbəti XƏBƏRDARLIQ 

Hazırda oxunan: DYP-dən həftə sonu ilə bağlı növbəti XƏBƏRDARLIQ 

37371

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftə sonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar. 
 

Qanunsuz daşımalarda iştirak edən sərnişinlərə belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə almaq və yollarda çətinliklərlə üzləşməmək üçün zəruru işlərini həftə sonlarına saxlamamaq tövsiyə olunub. 


Aidiyyəti şəxslərin nəzərinə çatdırılıb ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO