"Davam" "İnkişafın Mərkəzi Buradır!" adlı tədbir keçirildi - FOTOLAR

Hazırda oxunan: "Davam" "İnkişafın Mərkəzi Buradır!" adlı tədbir keçirildi - FOTOLAR

37332

Bakı Atıcılıq Mərkəzində Davamlı İnkişaf Mərkəzinin yarımillik fəaliyyətinin tamam olması münasibətilə hesabat tədbiri olub.

Tədbirdə millət vəkili Vüqar İskəndərov, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Bakı Atıcılıq Mərkəzinin direktoru Əjdər Abbasov, meneceri İlkin Tahirov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Rasul Çunayev, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib.  

Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və “Davam”-ın sədri Nihad Allahyarlı hərəkatın fəaliyyəti, klubların gördüyü işlərlə bağlı öz fikirlərini gənclərlə bölüşüblər, daha sonra Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev mərkəzin 6 ay ərzində gördüyü işlər barəsində məlumat verib və mərkəz tərəfindən hazırlanan videoçarx nümayiş olunub.  

Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzi "Davam" Gənclər Hərəkatı daxilində fəaliyyət göstərən müxtəlif istiqamətli klubları özündə birləşdirən çətir struktur vahididir.

Mərkəz yarımillik fəaliyyəti dövründə hərəkata üzv olan 2500-dən çox gənci əhatə edən 100-dən çox tədbir, görüş, təlim, səfər, fləşmob həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO