“Qarabağ” - “Bazel”oyununda stadionda BU DA OLACAQ 

“Qarabağ” - “Bazel”oyununda stadionda BU DA OLACAQ 

Hazırda oxunan: “Qarabağ” - “Bazel”oyununda stadionda BU DA OLACAQ 

37257

“Qarabağ” və “Bazel” (İsveçerə) komandalarının oyununa indiyədək 14 minədək bilet satılıb.

Bu barədə Bizim.Media-ya açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib. 

O, bildirib ki, azarkeşlərin stadiona rahat gediş-gəlişinin təmin edilməsi üçün klub Bakı Nəqliyyat Agentliyinə müraciət edilib: 

“Azarkeşlər üçün əlavə avtobuslar ayrılacaq. Şəxsi avtomobilləri ilə gələcək azarkeşlər də Heydər Əliyev prospektindəki böyük parkinqdən istifadə edə biləcəklər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”dan azarkeşlərə MÜRACİƏT - VİDEO


Gündüz Abbaszadənin sözlərinə görə, 30 nəfərədək “Bazel” azarkeşi də oyunu izləmək üçün Bakıya gələcək:

“Onlar komanda ilə bərabər gəlməyiblər. Burada yaşayan İsveçerəlilər də 6-7 bilet alıblar. “Bazel” azarkeşləri üçün də xüsusi sektor ayrılıb, onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq”.

Oyun başlayanadək nə qədər biletin satılacağının gözlənildiyinə gəldikdə, Gündüz Abbaszadə bütün biletlərin satılacağına ümid etdiklərini deyib: 

“Bu bizim ümidimizdir. Çünki adətən bizim azarkeşlər oyun günü bilet almağı xoşlayırlar. Stadionda da bilet satışını təşkil etmişik ki, azarkeşlər alıb, birbaşa ora daxil ola bilsinlər. Ehtimal olunan rəqəm isə təxminən 20-22 mindir”.

Gündüz Abbaszadə ümumilikdə 31 min bilet satışının nəzərdə tutulduğunu əlavə edib: 

“Pandemiya ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər”.

Xatırladaq ki,  UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda Ağdamın “Qarabağ” klubunun İsveçerənin “Bazel” klubu ilə oyunu Bakı Olimpiya Stadionunda saat 20:45-də başlayacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO