Qubada şəhid ailələri ziyarət edildi - FOTO

Qubada şəhid ailələri ziyarət edildi - FOTO

Hazırda oxunan: Qubada şəhid ailələri ziyarət edildi - FOTO

37110

Quba rayon icra hakimiyyətində bu gündən başlayaraq rayondakı 50 Vətən Müharibəsi şəhidinin ailəsinin ziyarətinə başlanılıb.

Bizim.Media xəbər verir ki, Quba İH başçısı Ziyəddin Əliyev və aparat üzvləri  ilk olaraq Quba şəhərində yaşayan Vətən müharibəsi şəhidləri İsmət Hacıyev, Samir Süleymanov, Murad Həbibov, Rəvan Əliyev və Surxay Mehdiyevin evlərində olub, valideynlər və digər ailə üzvləri ilə görüşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələri və qazilərə son 10 gündə 1 milyon manatdan çox PUL XƏRCLƏNDİ


İcra başçısı Ziyəddin Əliyev işğaldakı torpaqlarımızın geri alınmasında öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən danışıb, onların ailələrinin problem və qayğılarının həllinin Qubada da prioritet məsələ olduğunu bir daha xatırladıb.

Ailələrin mövcud çətinliklərinin həllində imkan daxilində köməklik ediləcəyi diqqətə çatdırılıb.

Şəhid ailələrinə bu dəfəki  ziyarət sentyabrın 27-dək Vətən müharibəsinin ildönümünədək yekunlaşacaq.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO