Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
DYP-dən Bizim.Media-ya daxil olan məlumatda bəzi yollarda hərəkətin məhdudlaşdırılacağı qeyd olunub:
“Sentyabrın 16-dan Bakı Olimpiya Stadionunda "Qarabağ"ın "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırlacaq.
Sürücülərdən xahiş olunur ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.
Sürücülərdən və vətəndaşlardan metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olmaq tələb olunur”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 15.09.2021
DYP-dən “Qarabağ” – “Bazel” matçı ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: DYP-dən “Qarabağ” – “Bazel” matçı ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: DYP-dən “Qarabağ” – “Bazel” matçı ilə bağlı XƏBƏRDARLIQ
37088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.