"Azərişıq" Qarabağda 60 min hektar torpaq sahəsinə qənaət edəcək  

Hazırda oxunan: "Azərişıq" Qarabağda 60 min hektar torpaq sahəsinə qənaət edəcək  

0:00
0:00
37059

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bakının Xəzər rayonunda yeni tikilmiş 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə məruzə edib. 

Bizim.Media xəbər verir ki, o bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, dayanıqlı, ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. 

"Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 il tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir.  

Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir.  

Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO