“12-ci İmam”ın bacısının avtomobilinə niyə həbs qoyuldu? - DİN-dən CAVAB 

“12-ci İmam”ın bacısının avtomobilinə niyə həbs qoyuldu? - DİN-dən CAVAB 

Hazırda oxunan: “12-ci İmam”ın bacısının avtomobilinə niyə həbs qoyuldu? - DİN-dən CAVAB 

37032

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, özünü “12-ci İmam” kimi təqdim edən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Aqil Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda peyda olan “12-ci imam” kimdir? - TÜKÜRPƏDİCİ açıqlamalar – FOTO


"Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır".

DİN-dən o da qeyd olunub ki, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.

Xatırladaq ki, “12-ci İmam”ın bacısı Mətanət Babayeva mtbuata açıqlamasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulduğunu bildirmişdi. Onun sözlərinə görə üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.


Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO