Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA

Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA

Hazırda oxunan: Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA

36805

Qanunverici hakimiyyət tərəfindən ümumilikdə pandemiya şərtlərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş şəxslər barəsində amnistiya qəbul edilə bilər.

Bizim.Media xəbər verir ki, bunu trend-ə açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O bildirib ki, bu, Azərbaycan qanunvericiliyində icazə verilən haldır və bunu qadağan edən bir müddəa yoxdur:

"Cərimələrin ödənilməsində çətinlik çəkən şəxslərlə bağlı belə bir tədbirin nəzərdə tutulması mümkündür.


Amma hələlik bu barədə rəsmi bir məlumat yoxdur. Lakin bu cərimələrin silinməsi əks-effekt də verə bilər. Çünki insanlar düşünəcək ki, hər bir halda müəyyən müddətdən sonra cərimələr ləğv ediləcək və buna görə də qaydaları pozacaqlar.

Təbii ki, insanların maddi vəziyyətini nəzərə alıb cərimələri ləğv etmək yaxşı haldır, lakin mövcud vəziyyətdə cəmiyyətin maddi durumundan daha çox, insanların sağlamlığı önəmlidir”.


Ekspert cərimələrin hansı halda silinə biləcəyinə də aydınlıq gətirib:

"Əgər pandemiya şərtləri qısa müddətdə aradan qalxarsa, qapanmalar və digər məsələlər aktuallığını itirərsə, vaksinasiya prosesi də daha geniş miqyasda həyata keçirildikdən sonra karantin cərimələrinin ləğvi daha doğru olar. Çünki bu halda insanların sui-istifadə hallarına yol vermələrinə gərək də qalmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO