Bakı Beynəlxalq Avtovağzal Kompleksində vaksinasiya məntəqəsi təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, regionlarda peyvəndin 1-ci dozasını qəbul etmiş sərnişinlər 2-ci dozanın müddəti çatdığı zaman müəyyən səbəblərdən Bakı Avtovağzalında olarsa, buradakı vaksinasiya məntəqəsindən istifadə edə bilərlər.
Məntəqə lazımi şəraitlə təchiz olunub.
Bizim.Media