Əli Hacızadə: “Xankəndiyə daşınan yüklər Tehranın dövlət siyasətidir”

Əli Hacızadə: “Xankəndiyə daşınan yüklər Tehranın dövlət siyasətidir”

Hazırda oxunan: Əli Hacızadə: “Xankəndiyə daşınan yüklər Tehranın dövlət siyasətidir”

36777

“Yenə İran tırları, yenə videolar-şəkillər yayılır. Keçən dəfə XİN İrana nota verdikdən sonra, bəzi saf vətəndaşlarımız hesab edirdi ki, İran bu trafiki dayandıracaq. Amma dayandırmadı, dayandıra da bilməzdi, çünki Xankəndiyə daşınan yüklər sadəcə iranlı işbazların çak-çuku deyil, Tehranın dövlət siyasətidir. 5 il bundan əvvəl də belə olub, indi də belədir. 44 günlük müharibə bu trafiki onlar üçün daha vacib edib”.

Bizim.Media  xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında politoloq Əli Hacızadə yazıb.

Onun sözlərinə görə, bura daşınan yüklərin heç də hamısı mülki təyinatlı yüklər deyil, içərisində ikili təyinatlı və sırf hərbi təyinatlı yüklər də var:

“Daşınan yanacaq isə ayrı bir mövzudur, sizcə bu neçə ildə qondarma dqr ordusunun və buradakı erməni silahlı qüvvələrinin yanacağı hardan gəlib? Sizcə indi hardan gəlir?


Bakının nəzarətindən kənar qalmış 130 kilometrdən çox İran-Azərbaycan sərhəddinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi niyə Tehranı belə narahat etdi? Səbəb bir tək, Azərbaycanın burada öz iqtidarını bərqərar etməsidir? Başqa səbəb yoxdur? 
 

MÖVZU İLƏ BAĞLI: 

İran-Azərbaycan sərhədində atışma olub, YARALANAN VAR - FOTO
 


Buradan onilliklərlə rəsmi İrəvanın və yerli hərbi cinayətkarların da iştirakı ilə gedən narkotrafik noldu? İndi hansı istiqamətlər üzrə gedir? Onu da nəzərə alaq ki, İranda nadirən adi, fiziki şəxslər bu işə girişə bilir, çünki bu iş xüsusi xidmət orqanlarının monopoliyasındadır (Mən 2018 ci ildə, bir çox “baş bilənlərimizin” – “yaxın Şərqin bizə nə dəxli, biz Avropayıq” sədaları altında bu haqda yazmışdım ).

Maraqlananlar 2020 – ci ilin noyabrından bəri İran-Azərbaycan sərhəddində neçə dəfə atışmaların olduğunu, neçə sərhədçimizin şəhid olmasını, neçəsinin yaralanması haqda xəbərlərə baxa bilər. 

İndi xəbər yayılıb ki, Gorus-Qafan yolunda, Azərbaycan tərəfi, İran tırlarından tranzit haqqı alır, təqdirəlayiqdir, amma bu, trafikin qarşısını almayacaq”.

Əli Hacızadə sonda bu mövzunun olduqca böyük mövzu olduğunu xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO