Tanınmış hərbi ekspert, Müdafiə
Nazirliyi sistemində baş verənlərdən ölkədə ən məlumatlı adamlardan hesab
olunan Üzeyir Cəfərov onun bu davranışını Moderator.az-a açıqlamasında şərh
edir:
“Sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyevin srağagünkü açıqlaması
ilə mən də mətbuatdan tanış oldum və demək istəyirəm ki, bu çox normal və
yerində olan bir münasibət idi. Çünki, açıq demək lazımdır ki, bir sıra şəxslər
və çox təəssüflər olsun ki, bəzi mətbu orqanlar, yeri gəldi-gəlmədi onun adının
hallandırılmasında sanki maraqlı görünürlər və istər-istəməz cəmiyyətdə bu
insan haqqında müəyyən fikir formalaşdırmağa çalışırlar. Mən dəfələrlə demişəm
və bu gün də deyirəm ki, ədalətli olmaq lazımdır. Mən də vaxtıykən Səfər
Əbiyevi ən sərt tənqid edənlərdən biri olmuşam və çoxlarından fərqli olaraq
bunu onun vəzifədə olduğu zaman etmişəm. Bu gün də onun idarəçiliyi zamanı olan
kadr təyinatlarında yol verilən nöqsanları bir daha qeyd etmək istəyirəm. Sözümü
də onunla əsaslandırıram ki, bəli, Səfər Əbiyevin vaxtında yüksək vəzifələrdə
təmsil olunanların çoxu bu gün qorxaqcasına ya səslərini çıxartmırlar, ya da
ki, özlərini yeni müdafiə nazirinə deyil, MN-də intriqaların başında duran Baş
Qərargah rəisi- nazirin birinci müavini general-polkovnik Nəcməddin Sadıkova
sadiq şəxslər kimi göstərməyə çalışırlar.
Onların arasında təkcə polkovnik və ya ondan aşağı
vəzifəlilər deyil, hətta generallar da var. İş o yerə çatıb ki, onlardan
bəziləri, ötən ay Səfər Əbiyevin övladının toy mərasiminə belə qatılmamışdılar.
Baxmayaraq ki, bildiyim qədər toy günü yeni müdafiə naziri general-polkovnik
Zakir Həsənov bütün idarə və xidmət rəislərinə, kimə ki, Səfər Əbiyev
tərəfindən övladının toyuna dəvətnamələr paylanmışdı, mütləq toyda
iştraklarının vacibliyini demişdi, amma bəziləri Nəcməddin Sadıkovun
qorxusundan o toya getməmişdilər.
Bir sözlə, Səfər Əbiyevin sökülən binanın guya ona
məxsus olması ilə bağlı açıqlamasını da çox normal qarşılamaq lazımdır ki, onun
adını yeri gəldi-gəlmədi hallandırmaq lazım deyil. Düzdür, bəzi mətbu orqanlar
bunu çox şişirdərək, ay Səfər Əbiyev hədələdi, ay Səfər Əbiyev qəzəbləndi və
sairə kimi başlıq altında vermişdilər, mən isə burda qeyri-adi heç nə görmədim.
Bu şəxs çox sakit şəkildə deyir ki, mən bilirəm ki, bu yersiz şayiələri
yayanlar kimlərdi, əgər onlar bu hərəkətlərini davam etdirsə, onlara qarşı
hüquqi müstvidə addımlar atacaqdır.
Və şəxsən mən çox istərdim ki, ölkənin mühüm postlardından birini tutmuş şəxs kimi Səfər Əbiyev də mütəmadi mətbuat qarşısına çıxıb öz fikirlərini bölüşsün. Bu həm özünə, həm də yersiz şayiələr yaymaqda maraqlı olan qüvvələrə bir tutarlı cavab olardı"
































































































