Yeni sədr əvəzi TƏBİB-in kollektivinə TƏQDİM EDİLDİ 

Yeni sədr əvəzi TƏBİB-in kollektivinə TƏQDİM EDİLDİ 

Hazırda oxunan: Yeni sədr əvəzi TƏBİB-in kollektivinə TƏQDİM EDİLDİ 

36744

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. 

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO