Samuxda dünyalarını dəyişən körpələrin ölüm səbəbi koronadır? - RƏSMİ 

Samuxda dünyalarını dəyişən körpələrin ölüm səbəbi koronadır? - RƏSMİ 

Hazırda oxunan: Samuxda dünyalarını dəyişən körpələrin ölüm səbəbi koronadır? - RƏSMİ 

36676

Xəbər verildiyi kimi, Samux rayonunda iki və üç yaşlı körpələr naməlum şəkildə dünyalarını dəyişiblər. Rayonun Qarayeri kənd sakinləri 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyev və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr xəstəxanaya aparılsalar da, hər ikisi dünyasını dəyişib.

Bizim.Media azyaşlıların ölüm səbəbini araşdırmağa çalışıb. Samux rayonu Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şəfahət Hacıyev saytımıza açıqlamasında körpələrin ölümü ilə bağlı araşdırma aparıldığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda körpə bacı-qardaş öldü – SƏBƏBİ BİLİNMİR


“Bildiyimiz qədər körpələr qızdırma və qusma əlamətləri ilə xəstəxanaya aparılıb. Hadisə yerində ərazi üzrə müstəntiq və Rayon Prokurorluğu olub. Ekspertiza təyin olunub. Hələki istintaq gedir”.

Qeyd edək ki, son vaxtlar uşaqlar arasında qusma və işləmə əlamətləri ilə müşahidə olunan koronavirusun yeni ştammı yayılıb. Həkimlər günlərdir yeni ştammla əlaqədar həyəcan təbili çalırlar. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO