Ağstafada dəhşətli qətl hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı
Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media