Emin Əmrullayev:

Emin Əmrullayev: "Təhsil işçilərinin 80 faizi peyvənd olunub”

Hazırda oxunan: Emin Əmrullayev: "Təhsil işçilərinin 80 faizi peyvənd olunub”

36637

"Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq".

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

"Bu şəraitdə başlamaq kifayət qədər məsuliyyətdir. Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq", - nazir bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil nazirindən 9 sentyabr paylaşımı – “Təhsili qoruyaq!” - VİDEO


Nazir xatırladıb ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

Peyvəndəmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaş ehtiyat edib qorxurdu.

Lakin zamanla hər kəsə başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO