Azərbaycanda bu ilin avqust ayında baş verən qətlin üstü açıldı

Azərbaycanda bu ilin avqust ayında baş verən qətlin üstü açıldı

Hazırda oxunan: Azərbaycanda bu ilin avqust ayında baş verən qətlin üstü açıldı

36617

Qubanın hüquq-mühafizə orqanları rayon ərazisində bu ilin avqust ayında baş vermiş qətlin üstünü açıb.

Bizim.Media xəbər verir ki, avqustun 23-də müxtəlif xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılan Quba rayonunun Gültəpə kənd sakini, 67 yaşlı Zeydulla Əzizov polislərə ilkin ifadəsində yıxıldığını deyib.

Aparılan müalicə tədbirlərinə  baxmayaraq Zeydulla Əzizov bir həftədən sonra Qusar rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

56 cinayətin üstü açıldı


Quba prokurorluğunun və polis şöbəsinin birgə apardığı tədbirlərlə Gültəpə kənd sakini Zeydulla Əzizovun heç də yıxılarkən aldığı xəsarətlərdən deyil, ona qəsdən vurulan təpik və yumruqlardan ölüb.

Hadisəni törədən şəxsin əslən Gültəpə kəndindən olan, hazırda Xaçmazın Qaraqurtlu kəndində yaşayan, 28 yaşlı Şöhrət Mürsəliyev olduğu müəyyən edilib.
 

Onun avqustun 23-ü gecə saatlarında mərhum Zeydulla Əzizovĺa barəsində nalayiq ifadə işlətdiyinə görə mübahisə etdiyi, bu zaman Zeydullaya müxtəlif xəsarətlər yetirməsi sübuta yetirilib.


Özündən 39 yaş böyük həmkəndlisini həyatdan məhrum etmiş Şöhrət Mürsəliyev artıq şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində rayon prokurorluğunda CM-nin 126.3 maddəsilə cinayət işi açılıb. İstintaq davam edir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO