"Dövlət qulluqçularının maaşları artırılmalıdır"

Hazırda oxunan: "Dövlət qulluqçularının maaşları artırılmalıdır"

36612

"Kommunal xərclər artırılsın deyirlər. Amma demirlər ki, bizdə elektrikin, benzinin qiyməti bahadır". ANS PRESS-in verdiyi xəbərə görə bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə büdcə müzakirələri aparılan zaman səsləndirib. Millət vəkili dövlət qulluqçularının əmək haqlarının artırılmasını təklif edib: "Dövlət qulluqçularının yaxasından yapışırıq ki 10 manat rüşvət almısan. Dövlət qulluqçularının əmək haqları çox azdır". 

Fazil Mustafa həmçinin səhiyyə üçün xeyli vəsait ayrılmasına baxmayaraq insanların yenə də qonşu ölkələrə müalicəyə getdiyini söyləyib :"Bu qədər vəsaitlər xərclənməsinə baxmayaraq Azərbaycan insanı yenə də müalicə olunmaq üçün İrana və Gürcüstana üz tuturlar".

Fazil Mustafa 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı yeni səhiyyə sistemini yaratmağı da təklif edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO