Şəhidin həyat yoldaşı:

Şəhidin həyat yoldaşı: "Qəbul olduğum gün Fariz yuxuma gəldi" – FOTO

Hazırda oxunan: Şəhidin həyat yoldaşı: "Qəbul olduğum gün Fariz yuxuma gəldi" – FOTO

36584

"Yoldaşım mənə o ruhu aşılayıb ki, çalış, heç kim səni yazıq gözündə görməsin. Qoy desinlər ki, qürurludur, mərddir. Mən də dediklərinə əməl etməyə, onun bütün arzularını reallaşdırmağa çalışıram.

Onlardan biri də mənim ali təhsil almağım idi. Həmişə deyirdi ki, bir qadının, ananın oxumağı gələcək bir nəslin təhsilli olması deməkdir".

Bizim.Media xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsində şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova bildirib. O, ölümündən sonra həyat yoldaşının arzusunu yerinə yetirərək tələbə adını qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO


Ə.Həsənova deyir ki, orta təhsili başa vurandan sonra ali təhsil almaq istəyirmiş, amma alınmayıb.

Farizlə Əzizə 2012-ci il sentyabrın 30-da ailə qurmuşdular. 8 illik evlilik. Bu müddətdə Fariz daim həyat yoldaşının təhsil almasına çalışsa da, necəsə Əzizənin ali təhsil alması ildən-ilə qalırmış:

"Mən valideynlərimi də itirmişəm. Yoldaşım mənə ata-anamı əvəz edirdi. Onların yoxluğunu hiss etdirmirdi. Fariz həyatdan köçəndən sonra tək olduğumu hiss etdim. Gördüm ki, ağlayıram, mənimlə bərabər övladlarım da çökür. Yoldaşım da onları mənə əmanət edib.

Onların məndən başqa heç kimi yoxdur. Son gedişində bildirdi ki, bu, dönüşü olmayan gediş ola bilər. Dedi: "Uşaqlara yaxşı bax, oxut, möhkəm ol, çalış heç kimin qarşısında əyilmə". Deyirdi ki, ağlasan, bir sən ol, bir zülmət gecə, bir də yastıq.

Heç kim göz yaşlarını görməsin. Deyirlər ki, ağrı insanı gücləndirir. Məndə də belə oldu.
 

Fariz şəhid olandan sonra onun arzularını həyata keçirməyi qarşıma məqsəd qoydum. O arzularından biri də təhsilim idi".


Farizin vaxtilə dediyi sözlər ona daim dəstək olur və qısa müddət hazırlaşıb universitetə qəbul olur. Ə.Həsənova deyir ki, Farizi yanında hiss edir və bu, ona güc verir:

"Universitetə qəbul olduğum gün Fariz yuxuma gəldi, məni təbrik etdi”.

Əyani təhsil alacaq. Deyir ki, analıq məsuliyyəti ilə yanaşı, təhsil almaq onun üçün çətin gəlmir:

"Çünki ən böyük çətinlikləri yaşamışam. Artıq "çətinliyim sınağımdır" deyib irəli gedirəm. Fariz həmişə deyirdi ki, həyat mübarizədir, gərək mübarizə aparmağı bacarasan. O mübariz insan idi, mənə də bunu aşılayırdı. Onunla həmişə fəxr etmişəm, indi də edirəm. Həyatla mübarizədə çökməmək üçün çalışıram”.

Bizim.Media
​​​​​​​





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO