Medvedyev: Rusiya ilə Türkiyə arasında bütün əlaqələrə son qoyuldu

Medvedyev: Rusiya ilə Türkiyə arasında bütün əlaqələrə son qoyuldu

Hazırda oxunan: Medvedyev: Rusiya ilə Türkiyə arasında bütün əlaqələrə son qoyuldu

3650
Rusiyanın Su-24 təyyarəsinin vurulmasıyla Türkiyə ilə uzun illərdir ki, davam edən  mehriban  qonşuluq münasibətlərinə, o cümlədən  iqtisadi və humanitar sferada əlaqələrə son qoyuldu. Bu zərərin əvəzini ödəmək çətin olacaq. FaktXeber.com-un məlumatına görə, bunu Rusiyanın  baş naziri Dmitriy Medvedyev bəyan edib.
 
Xatırladaq ki, çərşənbə axşamı günü  Rusiyanın Su-24 təyyarəsi Suriyada vurulub. Rusiya Prezidenti Vladimir Putin təyyarənin Türkyiənin F-16 qırıcıları ilə Suriya torpaqları üzərindən «hava-hava» tipli raketlə vurulduğunu və Türkiyə sərhəddindən 4 km kənara  Suriya ərazisinə düşdüyünü bəyan edib. Rusiya prezidenti bu hadisəni «terrorçuların himayədarları tərəfindən arxadan vurulan zərbə» kimi qiymətləndirib.  
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO