Uşaqlara hər gün 1 səhifə kitab oxudaq – Niyə?

Uşaqlara hər gün 1 səhifə kitab oxudaq – Niyə?

Hazırda oxunan: Uşaqlara hər gün 1 səhifə kitab oxudaq – Niyə?

36497

Uşaqlar, gənclər kitab oxumur. Onlara kitabı necə sevdirək?

Bu mövzu kütləvi informasiya vasitələrində vaxtaşırı müzakirə olunur.

Amma kiçik bir qrup istisna olmaqla uşaqlara kitabı – o cümlədən də bədii ədəbiyyatı sevdirə bilmirik.

Müasir texnologiyalar şəraitdə uşaqlar kitab oxumaqdansa, informasiya və əyləncələrin bol olduğu internet aləmində vaxt keçirməyə üstünlük verirlər. Bu da onların dünya görüşündə öz mənfi izlərini buraxır.
 

MÖVZU İLƏ BAĞLI:

Kitab BAZARI - Qiymətlər niyə od tutub, yanır?


Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında bildirib ki, kitab oxumaq bir vərdiş halıdır:

“Həyatımızda rol oynayan hər bir şeyi adət, vərdiş halına salırıq və o həyatımızın bir hissəsinə çevirilir. Kitab oxumağın ağılla, dərakə ilə heç bir əlaqəsi yoxdur, idarə və adət halı ilə əlaqəsi var. Kitab oxumağı uşağın adət halına çevirdikdən sonra bu artıq onun həyatında rol oynamağa başlayacaq”.

Psixoloq deyir ki, götürmə qabiliyyətindən asılı olaraq, uşaqlara hər gün bir və ya bir neçə səhifə kitab oxutmaqla, bunun onların həyat tərzinə çevrilməsinə nail olmaq olar.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO