YAP-çı deputatların yeni kuratorundan ÖZƏL AÇIQLAMA

YAP-çı deputatların yeni kuratorundan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: YAP-çı deputatların yeni kuratorundan ÖZƏL AÇIQLAMA

36482

Xəbər verildiyi kimi Milli Məclisin deputatı Hikmət Babaoğlu Parlamentdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə seçilib.

Bununla bağlı YAP İdarə Heyətinin ötən gün keçirilən iclasında qərar qəbul edilib.

İş yükü və missiyası bir qədər də artan millət vəkili Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb. Partiya rəhbərliyi tərəfindən ona etimad edildiyini vurğulayan deputat bu missiyasının da öhdəsindən layiqincə gəlməyə çalışacağını söyləyib:

“Hazırda yeni nizamnaməmizin tələblərinə uyğun olaraq YAP-da əməkhaqqı alan üzvlərin başqa yerdə daimi iş yerləri varsa, partiyada işləyə bilməzlər.
 

MÖVZU İLƏ BAĞLI:

YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı - SİYAHI


Yəni, bu vaxta qədər partiyanın mərkəzi aparatında və rayon təşkilatlarında təmsil olunan çoxsaylı millət vəkillərinin artıq partiya strukturlarında çalışması imkansız olur.

Bilirik ki, YAP-ın parlamentdə olan millət vəkilləri əslində partiyanın mövqeyindən çıxış etməklə qanunvericilik prosesində fəal iştirak edirlər və bir növ say etibarilə çox olduqlarına görə ali qanunverici orqanın fəaliyyətinin keyfiyyətini müəyyən edirlər.

Bu zaman da partiyanın mərkəzi aparatının parlamentdə təmsil olunan deputatlarla əlaqələndirmə zərurəti yaranır”. 

Bu əlaqələndirmənin vacib və əhəmiyyətli olduğunu qeyd edən Hikmət Babaoğlu fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini əlavə edib:

“Partiya canlı orqanizmdir. Burada üzvülük əlaqələri və bağlılıq olmalıdır. Düşünürəm, fəaliyyət də məhz bu istiqamətdə olacaq”.
 

Xatırladaq ki, ötən gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Gündəlikdə YAP-ın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi məsələlərinə baxılıb.


9 rayon təşkilat rəhbərləri ilə bağlı dəyişikliklər edilib. İntim videosu ilə gündəmə gələn partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov isə YAP-dan xaric edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO